Vəkillik modulu üzrə müsahibələrə start verilib
Vəkillik modulu üzrə Femida könüllüsü olmaq istəyən gənclər üçün müsahibələrə start verilib.Müsahibələrdə "Femida Könüllüləri" Təşkilatının əməkdaşları və Vəkillər Kollegiyası Aparatının əməkdaşı Əli Mirzəyev iştirak edib.
Müsahibədən uğurla keçən gənclərin STEP I mərhələsi üzrə Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən vəkil bürolarında cari ilin 1 iyul tarixindən könüllülük fəaliyyətinə başlaması nəzərdə tutulur.