Xəbərlər

Vəkillik modulu üzrə STEP I mərhələsində fəaliyyət göstərən könüllülərlə görüş

Cari ilin 16 iyul tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Daxili nəzarət və insan resursları şöbəsinin müdir müavini Əli Əmirəliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Aparatının Baş katibi Bayram Orucov və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova ilə Vəkillik modulunun STEP I mərhələsində fəaliyyət göstərən Femida könüllüləri arasında görüş keçirilmişdir.

Görüşdə cari könüllülərin könüllülük fəaliyyəti ilə bağlı müzakirələr aparılmış, könüllülərin  təklif və şikayətləri dinlənilmişdir. Əli Əmirəliyev və Bayram Orucov könüllülərə könüllülük fəaliyyəti ilə bağlı tövsiyələr vermiş və fəaliyyətlərində uğurlar arzulamışdır.

Daha sonra, “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova təşkilatın fəaliyyətində olan yeniliklər, yaradılan imkanlarla bağlı könüllülərə ətraflı məlumat vermiş və verilən sualları cavablandırmışdır.

Sonda Ali Məhkəməsinin Daxili nəzarət və insan resursları şöbəsinin müdir müavini Əli Əmirəliyev və təşkilatın sədri Nilgün Məmmədova “Femida Könüllüləri” Təşkilatının Vəkillik modulu üzrə fəaliyyətində göstərilən daimi dəstəyə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təşəkkürünü bildirmişdir.