Vəkilliyə qəbulla bağlı test imtahanını uğurla keçən Femida Könüllüsü
“Femida Könüllüləri” Təşkilatının könüllüsü Sevinc Səfərova Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə Vəkillər Kollegiyasına və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə keçirilən yazılı test imtahanını uğurla keçib.Könüllümüzü bu münasibətlə təbrik edir, uğurlar arzulayırıq.