Xankəndi Şəhər Məhkəməsində könüllülərin sertifikasiyası
Xankəndi Şəhər Məhkəməsində STEP I fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Abdullayev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər cari ilin aprel-oktyabr ayları ərzində Xankəndi Şəhər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.














