Xətai Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Xətai Rayon Məhkəməsində STEP I fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Xətai Rayon Məhkəməsinin sədr əvəzi Şəhriyar Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər cari ilin may-noyabr ayları ərzində Xətai Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.





