Xəzər Rayon Məhkəməsində "Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xəzər Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Avropa İnsan Hüquqları Məhkəməsi və onun qərarları” mövzusunda təlim keçirilib. Təlim Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev tərəfindən keçirilib.Təlim zamanı ədalətli məhkəmə araşdırması hüququnun əsas prinsipləri, bu sahədə mövcud beynəlxalq standartlar və Avropa Məhkəməsinin qərarlarının tətbiqi məsələləri nəzəri və praktiki yanaşmalar əsasında izah olunub. Eyni zamanda məhkəmə təcrübəsində bu qərarların rolu və hüquqi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mövzunun praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.
