XI Azərbaycan Gənclər Forumu
Gənclər və İdman Nazirliyi tərəfindən 2 fevral tarixində Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu baş tutub. Tədbirdən öncə Forum iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov oxuyub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış ediblər.
Femida Könüllüləri XI Azərbaycan Gənclər Forumunda təmsil olunmuşdur.








