Xəbərlər

Yasamal Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Cari ilin 13 iyun tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə məhkəmə sədri Anar Tanrıverdiyev  könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra "Femida Könüllüləri" Təşkilatının sədr müavini Rəfael Məhərrəmli və Təşkilatın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mirəli Seyidov çıxış edərək təşkilatın yeni fəaliyyət istiqamətləri və yaradılmış imkanlarla bağlı könüllülərə məlumat verib.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər fevral-may ayları ərzində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.