Xəbərlər

Abşeron Ceyranbatan Peşə Liseyində ictimai qayda pozuntuları və inzibati məsuliyyət mövzusunda maarifləndirici təlim

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 6 oktyabr 2026-cı il tarixində Abşeron Ceyranbatan Peşə Liseyində “İctimai qayda pozuntuları və inzibati məsuliyyət” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Təlim zamanı tələbələrə ictimai qayda və ictimai təhlükəsizliyin qorunmasının əhəmiyyəti, inzibati xəta anlayışı, inzibati məsuliyyətin yaranma əsasları və ictimai qaydanın pozulmasına görə tətbiq edilən inzibati tədbirlər barədə ətraflı məlumat verilmişdir.Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.