“Femida Könüllüləri” Təşkilatında departamentlər üzrə müsahibə mərhələsinin yekunlaşması
“Femida Könüllüləri” Təşkilatının "İnsan resurslarının idarə edilməsi və təlim", "İctimaiyyətlə əlaqələr və hüquqi maarifləndirmə", “Layihələrin idarə olunması” və "Könüllülərlə iş" departamentləri üzrə əməkdaşlıq üçün müraciət etmiş namizədlərlə müsahibələr başa çatıb.
Müsahibələrin keçirilməsində əsas məqsəd təşkilatın fəaliyyət istiqamətləri üzrə peşəkar və motivasiyalı şəxslərin komandaya cəlb edilməsidir.Müsahibələr zamanı iştirakçılar müvafiq sahə üzrə biliklərini nümayiş etdirir, praktiki situasiyalara yanaşmalarını izah edir və təşkilatın dəyərlərinə uyğunluqları nəzərdən keçirilir. Eyni zamanda, namizədlərin liderlik keyfiyyətləri, təşəbbüskarlıq bacarıqları və sosial məsuliyyətə münasibətləri də qiymətləndirilir.