Femida Könüllüləri üçün mədəni tədbirlərin təşkili
Femida Könüllülərinin asudə vaxtlarının səmərəli təşkili və onlar arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə mədəni tədbirlər həyata keçirilir.
Belə ki, Femida Könüllüləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksi ilə yaxından tanış olub, Naxçıvanın zəngin tarixi-mədəni irsi, memarlıq abidələri və muzey eksponatları haqqında ətraflı məlumat əldə ediblər.